Səudiyyə Ərəbistanı milli komandasının hər bir futbolçusuna 1,1 milyon avro mükafat veriləcək

Səudiyyə Ərəbistanı milli komandasının hər bir futbolçusuna 1,1 milyon avro mükafat veriləcək Bunu Ölkənin vəliəhd şahzadəsi vəd edib
Futbol
6 Sentyabr , 2017 11:46
Səudiyyə Ərəbistanı milli komandasının hər bir futbolçusuna 1,1 milyon avro mükafat veriləcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış Səudiyyə Ərəbistanı milli komandasının futbolçuları hərəyə 5 milyon rial (1,1 milyon avro) mükafat alacaqlar. 

"Report"un arabic.sputniknews.com-a istinadən verdiyi məlumata görə, ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səudun vəd etdiyi bu mükafat idman nailiyyətləri tarixində rekord olacaq.

Ərəblər ötən gün Yaponiyanı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci pillənin sahibi kimi mundiala yüksəliblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2018-də iştirakı rəsmiləşən 8-ci ölkədir.  

Son xəbərlər

Orphus sistemi