Bakı. 15 iyun. REPORT.AZ/ "Rusiyanın bir qrup vətəndaşının Fransadakı davranışları qəbuledilməzdir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov AVRO-2016-da rus və ingilis azarkeşlər arasındakı insidentə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, digər azarkeşlərin hərəkətlərinə də göz yummaq olmaz: "Biz digər ölkələrin azarkeşlərinin tamamilə təxribatçı hərəkətlərinə göz yuma bilmərik. Yəqin ki, sizlər televiziyada biabırçı kadrları - Rusiya bayrağının tapdalanması, ölkə rəhbərliyinin və aparıcı idmançılarının ünvanına təhqirlərin səsləndirilməsini gördünüz".