San Marino milli komandasının baş məşqçisi: "Azərbaycan futbol ənənəsi olan ölkədir"

San Marino milli komandasının baş məşqçisi: "Azərbaycan futbol ənənəsi olan ölkədir" Pyer Anjeli Manzaroli komandasının oyunundan razı qalmayıb
Futbol
4 Sentyabr , 2017 22:42
San Marino milli komandasının baş məşqçisi: Azərbaycan futbol ənənəsi olan ölkədir

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Qol vurmağımız sevindirici haldır. San Marino kiçik ölkədir. Əksər oyunçularımız 1997 və 1998-ci il təvəllüdlüdür. Komandamın oyunundan razı qalmasam da, qol vurmağımız yaxşı oldu. Çünki biz seçmə mərhələlərdə nadir hallarda fərqlənirik".

"Report"un məlumatına görə, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 1:5 hesablı məğlubiyyəti şərh edərkən söyləyib.

Qırx səkkiz yaşlı mütəxəssis bildirib ki, San Marinoda əcnəbi futbolçuların milliləşdirilməsi çətindir: "San Marinoda qaydalar sərtdir, legionerləri milliləşdirmək çətindir. Komandada yalnız öz oyunçularımızdır. Çalışırıq ki, ölkəni layiqincə təmsil edək".

O, qeyd edib ki, Azərbaycan futbol ənənəsi olan ölkədir: "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bunu bir daha isbat etdi. İlk matçla müqayisədə bu gün daha yaxşı oynadıq".

Qeyd edək ki, Azərbaycan millisi bu qələbə sayəsində tarixində ilk dəfə bir seçmə mərhələdə 10 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi