Saatlı rayonunda yanğın baş verib, 1 nəfər yaralanıb

Saatlı rayonunda yanğın baş verib, 1 nəfər yaralanıb Hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb
Hadisə
6 Aprel , 2017 22:28
Saatlı rayonunda yanğın baş verib, 1 nəfər yaralanıb

Saatlı. 6 aprel. REPORT.AZ/ Axşam saatlarında Saatlı rayonunun Əlisoltanlı kəndində yanğın baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə 35 yaşlı kənd sakini Bəhruz Bəhlul oğlu Mirzəyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı 45 yaşlı Səbuhi Seyran oğlu Hüseynov sağ əlindən xəsarət alıb. O Saatlı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra ambulator müayinəyə buraxılıb.

Son xəbərlər

Orphus sistemi