Rusiyada daha bir stadion DÇ-2018 üçün istifadəyə verilib

Rusiyada daha bir stadion DÇ-2018 üçün istifadəyə verilib Bakı. 3 aprel. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün daha bir stadion istifadəyə verilib.
Futbol
3 Aprel , 2018 14:35
Rusiyada daha bir stadion DÇ-2018 üçün istifadəyə verilib

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün daha bir stadion istifadəyə verilib.

"Report"un məlumatına görə, "Volqoqrad Arena" DÇ-2018-ə ev sahibliyi etmək üçün hazır vəziyyətə gətirilib. Mundial başa çatdıqdan sonra bu stadionda "Rotor" klubu ev oyunlarını keçirəcək.

Qeyd edək ki, FİFA nümayəndələri də "Volqoqrad Arena"nı ziyarət ediblər. Ekspertlər idman qurğusundan tam razı qalıblar. Stadionda ilk test matçı aprelin 21-i baş tutacaq. Həmin gün "Rotor" və "Luç-Energiya"(Vladivostok) komandaları üz-üzə gələcək.  

Son xəbərlər

Orphus sistemi