Robert Prosineçki: "Azərbaycandan qorxaq kimi qaçmaq istəmirdim"

Robert Prosineçki: "Azərbaycandan qorxaq kimi qaçmaq istəmirdim" "Müqaviləmin sonunadək çalışacağam"
Futbol
3 İyul , 2017 09:29
Robert Prosineçki: Azərbaycandan qorxaq kimi qaçmaq istəmirdim
Report/ Firi Salim

Bakı. 3 iyul. REPORT.AZ/ "Türkiyə "Bursaspor"una qorxaq kimi qaçmaq istəmirdim".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Vecernji List"ə müsahibəsində deyib. Xorvatiyalı mütəxəssis vicdanla çalışdığını və sıçrayışa nail olduqlarını bildirib. O, müqaviləsinin başa çatacağı dekabradək Azərbaycanda çalışacağını vurğulayıb.

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrında AFFA ilə 3 illik müqavilə bağlayıb. "Bursaspor" rəhbərliyi onu baş məşqçi postuna aparmaq istəsə də, danışıqlar "timsahlar" üçün müsbət nəticələnməyib. 

Son xəbərlər

Orphus sistemi