Rəşad Sadıqov: "Bu, ən üzücü məğlubiyyət oldu"

Rəşad Sadıqov: "Bu, ən üzücü məğlubiyyət oldu" "Özümü pis hiss edirəm"
Futbol
10 İyun , 2017 23:00
Rəşad Sadıqov: Bu, ən üzücü məğlubiyyət oldu

Bakı. 10 iyun. REPORT.AZ/ "Çox danışa bilməyəcəyəm. Yəqin ki, məni başa düşərsiniz. Azərbaycan tarixinin ən vacib oyunu idi. Bəlkə də ən yaxşı oyunumuzu keçirdik. Eyni zamanda, ən üzücü məğlubiyyətlə üzləşdik".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. Kapitan özünü pis hiss etdiyini və bu səbəbdən, əlavə suallara cavab verə bilməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan millisi Şimali İrlandiyaya uzatma dəqiqələrində buraxdığı qolla uduzub. 

Son xəbərlər

Orphus sistemi