Ramil Şeydayev: "Penaltidən buraxdığımız qol qırılma anı oldu"

Ramil Şeydayev: "Penaltidən buraxdığımız qol qırılma anı oldu" "Vəziyyəti düzəltmək üçün komandamız irəli atıldı, rəqib ikinci qolu vurdu"
Futbol
2 Sentyabr , 2017 03:05
Ramil Şeydayev: Penaltidən buraxdığımız qol qırılma anı oldu

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Hərçənd matça yaxşı başlamışdıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib.

"Qarabağ"ın yeni transferi məğlubiyyətin səbəbini açıqlayıb:

"Penaltidən buraxdığımız qol qırılma anı oldu. Vəziyyəti düzəltmək üçün komandamız irəli atıldı. Bu zaman boş zonalar yarandı. Rəqib bundan yararlanaraq, ikinci qolu vurdu. Nəticədən məyusuq".

Qeyd edək ki, Ramil Şeydayev ikinci hissədə meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi