Yuxarı
    Bağlamaq

    Ramil Şeydayev: "Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın" - MÜSAHİBƏ

    Azərbaycan komandasın hücumçusu: Bu dəfə alınmadı© Foto: "Report"

    Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan komandasın hücumçusu Ramil Şeydayev Almaniya ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

    "Report"un məlumatına görə, Slovakiya "Jilina"sında çıxış edən hücumçu əvvəlcə oyunu dəyərləndirib:

    - Çox yaxşı oynadıq. Öz oyunumuzu bəyəndim. Almaniya elə komandadır ki, onlarla matçda səhv etməməlisən. Məğlubiyyətə baxmayaraq yaxşı oynadığımızı düşünürəm. Heyf ki, uduzduq. Bu gün almanlar bizdən güclü idi.

    - Daha yaxşı nəticə üçün nə çatmadı?

    - Rəqibimiz Almaniya idi. Bu yığma istənilən komandaya 3-4 qol vura bilər. Onlara qarşı oynamaq ağırdır.

    - Meydanı tərk edəndə narazılığın nə ilə əlaqədar idi?

    - Qol vurmadığım üçün narazı idim. Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın. Amma bu dəfə alınmadı.

    - Şimali İrlandiyaya qarşı Bakıdakı görüşdən hansı nəticə ilə ayrılmağı planlaşdırırsınız?

    - Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, məncə, yaxşı nəticə qazanacağıq. Bugünkü kimi oynasaq, Şimali İrlandiya, Norveç və San-Marinonu Bakıda məğlub edə bilərik.

    - Atmosfer necə idi, azarkeşlər haqda nə deyə bilərsən?

    - Hər şey əla idi. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, gəlib bizə dəstək oldular. Təəssüf ki, meydanı məğlub tərk etdik.

    - Rəşad Sadıqov sənə meydanda tez-tez nəsə deyirdi...

    - Məğlub durumda olanda daha çox pressinq etməli idik. Almaniyanın yarımmüdafiəsinin mərkəzində isə Toni Kroos oynayırdı və onlara qarşı oynamaq çətin idi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi