Rahid Əmirquliyev: "Sonuncu ev oyunumuzdur, azarkeşlərimizi sevindirmək istəyirik"

Rahid Əmirquliyev: "Sonuncu ev oyunumuzdur, azarkeşlərimizi sevindirmək istəyirik" "İnşallah, yaxşı nəticəyə imza atarıq”
Futbol
4 Oktyabr , 2017 22:23
Rahid Əmirquliyev: Sonuncu ev oyunumuzdur, azarkeşlərimizi sevindirmək istəyirik

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Çox güclü rəqibə qarşı oynayacağıq. Baxmayaraq ki, rəqib turnir cədvəlində bizdən bir pillə geri qalır".

“Report” xəbər verir ki, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyev deyib.

Rəşad Sadıqov yığma karyerasını bitirdiyi üçün ondan sonra kapitan sarğısını daşıyacaq təcrübəli yarımmüdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər:

"Sonuncu ev oyunumuzdur, azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, yaxşı nəticəyə imza atarıq”.

Oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi