Yuxarı
    Bağlamaq

    Qazaxıstan millisini aparan təyyarə Yerevanda məcburi eniş edib

    Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib

    Bakı. 27 mart. REPORT.AZ/ Qazaxıstanın futbol üzrə milli komandasının olduğu təyyarə martın 27-də səhər saatlarında Yerevanda məcburi eniş edib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu qazaxıstanlı jurnalist Yerbol Kairov “Twitter” səhifəsində yazıb.

    O qeyd edib ki, təyyarə Yerevan hava limanından havaya qalxdıqdan az sonra təcili eniş edib. Buna səbəb kimi təyyarənin şassilərinin nasaz olması göstərilib.

    Qeyd edək ki, Qazaxıstanın milli komandası 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunda Yerevanda Ermənistan yığmasına 0:2 hesabı ilə uduzub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi