"Qarabağ"ın rəqibi serbiyalı futbolçunu heyətinə qatıb

"Qarabağ"ın rəqibi serbiyalı futbolçunu heyətinə qatıb Bakı. 28 iyun. REPORT.AZ/ Qarabağın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın Olimpiya klubu növbəti transferini reallaşdırıb.
Futbol
28 İyun , 2018 20:13
Qarabağın rəqibi serbiyalı futbolçunu heyətinə qatıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu növbəti transferini reallaşdırıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda Serbiyanın "Voyvodina" klubunun yarımmüdafiəçisi Marko Putintsanı heyətinə qatıb. Lyublyana şəhərinin təmsilçisi 30 yaşlı serbiyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.  O, yeni klubunda 70 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, "Olimpiya" daha öncə serbiyalı hücumçu Andriya Kaludjeroviçi transfer edib.

Son xəbərlər

Orphus sistemi