Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək

Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək UEFA bununla bağlı qərar qəbul edib
Futbol
30 İyun , 2016 20:03
Polşa-Portuqaliya oyununda İstanbuldakı terror qurbanları yad ediləcək

Bakı. 30 iyun. REPORT.AZ/ AVRO-2016-da Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək 1/4 final matçında İstanbuldakı terror aktında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, UEFA bununla bağlı qərar qəbul edib.

Qeyd edək ki, Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da Fransanın Marsel şəhərində keçiriləcək.

Xatırladaq ki, iyunun 28-də Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 44 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi