Yuxarı
    Bağlamaq

    Peru yığması 2018-ci ilin dünya çempionatında iştirakdan məhrum edilə bilər

    Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Peru yığması 2018-ci ilin dünya çempionatında iştirakdan məhrum edilə bilər.

    "Report" xəbər verir ki, bu barədə "Libero" məlumat yayıb.

    Qeyd edilir ki, ölkə rəsmisi Paloma Noseda Perunun Futbol Federasiyasının dövlətin tam nəzarəti altına keçidini nəzərdə tutan qanunun qəbulunu təklif edib. Belə təcrübə FİFA qaydalarına əsasən qadağandır. 

    Qanun qəbul edilərsə, FİFA Perunun Futbol Federasiyasını tərkibindən çıxara bilər. Beləliklə, ölkənin komandası ÇM-2018-də çıxış etmək imkanlarına malik olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi