"Palermo"nun futbolçusu: “Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə köklənmişik”

"Palermo"nun futbolçusu: “Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə köklənmişik” “Evdə oynadığımız üçün qələbəyə ümidliyik”
Futbol
31 Avqust , 2017 15:15
Palermonun futbolçusu: “Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə köklənmişik”

Oslo. 31 avqust. REPORT.AZ"Oyuna ciddi hazırlaşmışıq və güclü təlim-məşq toplanışı keçmişik". 

"Report"un Norveçə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb: "Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər şey alınacaq".

H.Alisami "Palermo"dakı karyerasının dumanlı olduğunu da dilə gətirib: "Hələ hər şey dumanlıdır. Karyerama aydınlıq gəlməyib. Ümidvaram ki, tezliklə bu məsələyə son qoyulacaq".

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç-Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi