Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq Markus Henriksen 6 həftəyədək oynamayacaq
Futbol
19 Avqust , 2017 14:19
Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Norveç milli komandası Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində futbolçu itkisi ilə üzləşib. "Report"un məlumatına görə, İngiltərənin "Hall Siti" klubunda forma geyinən Markus Henriksen 2 ayadək sıradan çıxıb.

O, Çempionşipin IV turunda "Vulverhempton"a 2:3 hesabı ilə uduzduqları ev oyununun ikinci hissəsində ayağından zədələnib. Həkimlər 25 yaşlı yarımmüdafiəçinin bərpa dövrünün 6 həftəyədək çəkəcəyini bildiriblər. Henriksen bu il ikinci dəfə xəsarət alıb. Orta sahə oyunçusu qışda yaşıl meydanlardan 3 ayadək kənarda qalmışdı.

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək. Markus Henriksen 2016-cı il oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları görüşdə 90 dəqiqə çıxış edib. C qrupunda 6 turdan sonra Azərbaycan 7 xalla 4-cü, Norveç 4 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi