Yuxarı
    Bağlamaq

    Nigeriya yığması dünya çempionatına vəsiqə qazanıb

    Afrika komandası qrup mərhələsində Zambiya ilə qarşılaşıb

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Nigeriya yığması Dünya çempionatı – 2018-in final mərhələsinə vəsiqə qazanıb.

    "Report" xəbər verir ki, komanda turnirin Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Zambiyanı məğlub edib.

    Uyo şəhərində keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçda yeganə qolu 73-cü dəqiqədə Aleks Ayuobi vurub.

    "B" qrupunun digər oyununda Kamerun yığması Əlcəzair üzərində 2:0 hesablı qələbə qazanıb.

    DÇ-2018 - Afrika. B qrupu. 5-ci tur

    Nigeriya – Zambiya - 1:0

    1:0 – Ayuobi – 73

    Kamerun – Əlcəzair - 2:0

    1:0 – N'Cie – 25, 2:0 – Pangop – 88

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi