Nigeriya milli komandasının DÇ-2018 üçün yekun heyəti açıqlanıb

Nigeriya milli komandasının DÇ-2018 üçün yekun heyəti açıqlanıb Bakı. 3 iyun. REPORT.AZ/ Nigeriya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Futbol
3 İyun , 2018 15:24
Nigeriya milli komandasının DÇ-2018 üçün yekun heyəti açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Nigeriya milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report" xəbər verir ki, baş məşqçi Gernot Ror 23 nəfərlik siyahıya 3 qapıçı, 8 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçu daxil edib.

Qapıçılar: İkeçukvu Ezenva ("Enyimba"), Daniel Akpeyi ("Çippa Yunayted", CAR), Frensis Uzoho ("Deportivo", İspaniya).

Müdafiəçilər: Uilyam Trost-Ekonq ("Bursaspor", Türkiyə), Leon Baloqun ("Maynts", Almaniya), Kennet Omeruo ("Kasımpaşa", Türkiyə), Brayan İdovu ("Amkar", Rusiya), Çidozi Avaziem ("Nant", Fransa), Abdullahu Şehu ("Bursaspor", Türkiyə), Uva Elderson Eçiecile ("Serkl Brügge", Belçika), Tayron Abeyi ("Den Haq", Hollandiya).

Yarımmüdafiəçilər: Con Obi Mikel ("Tyantszin Teda", Çin), Oqenyi Onazi ("Trabzonspor", Türkiyə), Con Oqu ("Hapoel" Beer-Şeva, İsrail), Onyinyo Uilfred Ndidi ("Lester Siti", İngiltərə), Oqenekaro Etebo ("Fayrense", Portuqaliya), Coel Obi ("Torino", İtaliya).

Hücumçular: Odion İqalo ("Çançun Yatay", Çin), Ahmed Musa (MOİK, Rusiya), Viktor Mozes ("Çelsi", İngiltərə), Aleks İvobi ("Arsenal", İngiltərə), Keleçi İxeanaço ("Lester Siti", İngiltərə), Simeon Nvankvo ("Krotone", İtaliya).

Qeyd edək ki, DÇ-2018-də D qrupunda yer alacaq Nigeriya iyunun 16-da Kalininqradda Xorvatiya, iyunun 22-də Volqoqradda İslandiya, iyunun 26-da isə Sankt-Peterburqda Argentina ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi