Meksika millisi dünya çempionatına 39 yaşlı futbolçu ilə yollanır - SİYAHI

Meksika millisi dünya çempionatına 39 yaşlı futbolçu ilə yollanır - SİYAHI Bakı. 4 iyun. REPORT.AZ/ Meksika milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Futbol
4 İyun , 2018 12:34
Meksika millisi dünya çempionatına 39 yaşlı futbolçu ilə yollanır - SİYAHI

Bakı. 4 iyun. REPORT.AZ/ Meksika milli komandasının Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

"Report"un məlumatına görə, 23 nəfərlik siyahıya 39 yaşlı müdafiəçi Rafael Markes də daxil edilib. İspaniya "Barselona"sının sabiq futbolçusu karyerasında 5-ci mundiala qatılacaq. Bu göstəricidə Markes həmyerlisi Antonio Karbaxal, almaniyalı Lotar Matteus və italiyalı Canluici Buffonla bərabərləşib. O, 4 dünya çempionatında kapitan olmuş yeganə futbolçudur.

Lakin Markes Mateusa məxsus 25 oyunluq rekorda çata bilməyəcək. Hazırda onun aktivində 16 matç var. Mundialda isə maksimum 7 oyun keçirmək mümkündür. Təcrübəli müdafiəçi DÇ-2018-dən sonra karyerasını başa vuracağını açıqlayıb. O, 1997-ci ildən çıxış etdiyi millidə 143 oyun keçirib.

Meksika millisinin heyəti:

Qapıçılar: Xesus Korona ("Krus Asul"), Alfredo Talavera ("Toluka"), Gilyerme Oçoa ("Standard", Belçika)

Müdafiəçilər: Edson Alvares ("Amerika"), Uqo Ayyala ("Tiqres"), Xesus Qalyardo (UNAM), Migel Layun ("Sevilya", İspaniya), Ektor Moreno ("Real Sosyedad", İspaniya), Dieqo Reyes ("Portu", Portuqaliya), Karlos Salsedo ("Ayntraxt", Almaniya)

Yarımmüdafiəçilər: Marko Fabian ("Ayntraxt", Almaniya), Xonatan dos Santos ("Los-Anceles", ABŞ), Covani dos Santos ("Los-Anceles", ABŞ), Andres Quardado ("Betis", İspaniya), Ektor Errera ("Portu", Portuqaliya), Rafael Markes ("Atlas")

Hücumçular: Xavyer Akino ("Tiqres"), Xavyer Ernandes ("Vest Hem", İngiltərə), Raul Ximenes ("Benfika", Portuqaliya), İrvinq Losano (PSV, Hollandiya), Oribe Peralta ("Amerika"), Karlos Vela ("Los-Anceles", ABŞ), Xesus Manuel Korona ("Portu", Portuqaliya)

Qeyd edək ki, Meksika yığması F qrupunda Almaniya (17 iyun, Moskva, "Lujniki"), Cənubi Koreya (23 iyun, Rostov-Don) və İsveçlə (27 iyun, Yekaterinburq) üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi