Yuxarı
    Bağlamaq

    Maykl O'Nil: “Bakıda keçirəcəyimiz oyunun vaxtına uyğun saatlarda məşq etmişik”

    Ümid edirəm ki, hava şəraiti əsas amil olmayacaq”

    Bakı. 8 iyun. REPORT.AZ/ “Xüsusilə son iki gündə daha çox isti olub. Türkiyədə Bakıda keçirəcəyimiz oyunun vaxtına uyğun saatlarda məşq etmişik. İqlimə uyğunlaşmaqla bağlı yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, hava şəraiti əsas amil olmayacaq”.

    “Report”un “Sportinglife”yə istinadən veridyi məlumata görə, bunu iyunun 10-da futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini qonağı olacaq Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil deyib.

    M.O`Nil bildirib ki, zədə üzündən iyunun 2-də Yeni Zenlandiya ilə yoldaşlıq görüşündə iştirak edə bilməyən Qaret Makauli Azərbaycan yığmasına qarşı oynaya biləcək. O, “Vest Bromviç” klubunun 37 yaşlı müdafiəçisinin özünü yaxşı hiss etdiyini söyləyib.

    Qeyd edək ki, Şimali İrlandiya yığması iyunun 3-də 4 günlük təlim-məşq toplanışı keçmək üçün Türkiyə gəlib. Britaniyalılar hazırlıq prosesinin ardından Bakıya səfər edəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi