Almaniya yığmasının müdafiəçisi: "Bir qədər özümüzdən razı oynadıq"

Almaniya yığmasının müdafiəçisi: "Bir qədər özümüzdən razı oynadıq" "Biz səviyyə baxımından Azərbaycan yığmasından ikiqat güclüyük"
Futbol
27 Mart , 2017 12:16
Almaniya yığmasının müdafiəçisi: Bir qədər özümüzdən razı oynadıq

Bakı. 27 mart. REPORT.AZ/ "Biz səviyyə baxımından Azərbaycan yığmasından ikiqat güclüyük". 

"Report"un məlumatına görə, bunu Almaniya yığmasının futbolçusu Mats Hummels 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan milli komandası üzərində qazandıqları 4:1 hesablı qələbə barədə fikirlərini RTL telekanalı ilə bölüşərkən deyib.

"Bavariya" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyun bir qədər çətin alınıb. O, səviyyə fərqinin həlledici olduğunu qeyd edib: "Bir qədər özümüzdən razı oynadıq və bu, yaxşı hal deyil. Ona görə də çətinlik çəkdik. Lakin səviyyə fərqi nəticə üçün həlledici oldu".

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan yığması isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb. 

Son xəbərlər

Orphus sistemi