Maradona xəstəxanaya yerləşdirilib - VİDEO

Maradona xəstəxanaya yerləşdirilib - VİDEO Bakı. 27 iyun. REPORT.AZ/ Argentinanın dünyaca məşhur olan keçmiş futbolçusu, sabiq baş məşqçi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.
Futbol
27 İyun , 2018 01:46
Maradona xəstəxanaya yerləşdirilib - VİDEO

Bakı. 27 iyun. REPORT.AZ/ Argentinanın dünyaca məşhur olan keçmiş futbolçusu, sabiq baş məşqçi Dieqo Maradona xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Independent" xəbər verib.

Məlumata görə, futbol üzrə dünya çempionatının D qrupunda, III tur qarşılaşmasında Argentina ilə Nigeriya arasında keçirilən oyundan sonra keçmiş baş məşqçi stadionun binasında stulun üstünə yıxılıb.

Rusiyalı həkimlər dərhal Maradonaya tibbi yardım göstəriblər və o, yerli xəstəxanaya aparılıb.

Qeyd edək ki, qarşılaşma Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi