Bakı. 21 iyun. REPORT.AZ/ Leonid Slutski futbol üzrə Rusiya milli komandasının baş məşqçi postundan istefa verəcək. "Report"un məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü Avropa çempionatında Uelsə 0:3 hesabı ilə uduzduqları matçın ardından açıqlamasında bildirib.
O deyib ki, AVRO-2016-dan sonra komandanı Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına başqası hazırlamalıdır. Slutski azarkeşlərdən üzr istəməyi də vacib sayıb.
Baş məşqçi ümidləri doğrultmayaraq, Fransanı başıaşağı tərk etmələrindən çox təəssüfləndiklərini vurğulayıb.
Qeyd edək ki, Rusiya millisi B qrupunda 3 oyundan cəmi 1 xal toplayaraq, sonuncu olub. Daha öncə Ukrayna yığması sonuncu yeri tutduğu üçün Mixail Fomenko baş məşqçi postu ilə vidalaşacağını bildirib.