Kriştianu Ronaldu Fransa ilə final matçında zədələnərək, oyunu vaxtından əvvəl tərk edib - VİDEO

Kriştianu Ronaldu Fransa ilə final matçında zədələnərək, oyunu vaxtından əvvəl tərk edib - VİDEO Portuqaliya millisinin kapitanı oyunu yarımçıq tərk edib
Futbol
10 İyul , 2016 23:34
Kriştianu Ronaldu Fransa ilə final matçında zədələnərək, oyunu vaxtından əvvəl tərk edib - VİDEO

Bakı. 10 iyul. REPORT.AZ/ Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu Fransa yığması ilə futbol üzrə Avropa çempionatının final matçında zədələnib. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu görüşün əvvəlində rəqib yarımmüdafiəçi Dimitri Payetlə toqquşma nəticəsində xəsarət alıb. 

O, meydana dönsə də, bir neçə dəqiqədən sonra yenidən tibbi yardıma ehtiyac duyub. Ronaldunun gözləri yaşarıb, amma oyunu sol dizi sarğıda davam etdirib. Lakin daha bir neçə dəqiqə sonra ulduz futbolçu əvəzlənməsini xahiş edib və kapitan sarğısını Luiş Naniyə verib. 25-ci dəqiqədə onun əvəzinə meydana Rikardu Kuarejma çıxıb. 

Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi