Kolumbiyalı azarkeşlər suda boğulan rusiyalını xilas ediblər - VİDEO

Kolumbiyalı azarkeşlər suda boğulan rusiyalını xilas ediblər - VİDEO Bakı. 23 iyun. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində Kolumbiyadan olan futbol azarkeşləri çayda çimmək istəyən, lakin sudan çıxa bilməyən yerli sakini xilas ediblər.
Futbol
23 İyun , 2018 05:58
Kolumbiyalı azarkeşlər suda boğulan rusiyalını xilas ediblər - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində Kolumbiyadan olan futbol azarkeşləri çayda çimmək istəyən, lakin sudan çıxa bilməyən yerli sakini xilas ediblər.

“Report” xəbər verir ki, hadisə üç kolumbiyalı azarkeş kafedə istirahət edən zaman baş verib.

Qonşu masada əyləşən kişi paltarlarını çıxardaraq çaya baş vurub. Lakin kişinin boğulduğunu görə fanatlar onu sudan çıxartmaq qərarına gəliblər. Kişi ingilis dilində qonaqlara minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi