Yuxarı
    Bağlamaq

    Karlo Ançelotti "Bavariya"nın futbolçusunun Azərbaycanla oyuna çağırılmasını məsləhət görməyib

    Yoahim Lövə dedim ki...© Courtesy İmage

    Bakı. 18 mart. REPORT.AZ/ "Bavariya"nın futbolçusu Jerom Boatenq İngiltərə və Azərbaycan yığmalarına qarşı oyunlara klubun baş məşqçisi Karlo Ançelotti ilə məsləhətləşmələrə əsasən çağırılmayıb. "Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib.

    O, 29 yaşlı müdafiəçi ilə əlaqədar Bundestimin baş məşqçisi Yoahim Lövlə danışdığını bildirib: "Lövə dedim ki, Boatenqin durumu milliyə münasibdir. Lakin ona fiziki vəziyyətini daha da yaxşılaşdırmaq üçün vaxt lazımdır".

    "Bavariya" Bundesliqanın XXV turunda Mönhenqladbax "Borussiya"sının qonağı olacaq. Ançelotti martın 19-da keçiriləcək görüşdə Boatenqə bir neçə dəqiqə şans vermək istədiyini də əlavə edib.

    Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə Dortmundda yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi