Yuxarı
    Bağlamaq

    İtaliya millisi son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib - VİDEO

    Apennin təmsilçisi İsveçin öhdəsindən gələ bilməyib

    Bakı. 14 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin daha bir cavab görüşü keçirilib.

    "Report"un məlumatına görə, İtaliya millisi İsveçi qəbul edib.

    Milanın "San-Siro" stadionunda təşkil olunan qarşılaşmanın baş hakimi ispaniyalı Antonio Matö Lahoz olub. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Beləliklə, İtaliya millisi DÇ-1958-dən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.

    Digər komandalar arasında keçirilən 2 cavab görüşü də qolsuz yekunlaşıb. Nəticədə Xorvatiya Yunanıstanı (ilk oyun - 4:1), İsveçrə isə Şimali İrlandiyanı (ilk oyun - 1:0) üstələyərək, Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Avropadan son vəsiqənin sahibi bu gün keçiriləcək İrlandiya - Danimarka matçından sonra məlum olacaq. Danimarkadakı ilk görüşdə də hesab açılmayıb - 0:0.

    DÇ-2018, "play off" mərhələsi, cavab görüşü

    23:45. İtaliya - İsveç 0:0

    İlk oyun - 0:1

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi