İsveç millisinin baş məşqçisi İbrahimoviçin DÇ-2018-də çıxış edəcəyinə dair xəbərləri təkzib edib

İsveç millisinin baş məşqçisi İbrahimoviçin DÇ-2018-də çıxış edəcəyinə dair xəbərləri təkzib edib "O, yığmanın mundialla bağlı planlarına daxil deyil"
Futbol
20 Aprel , 2018 15:31
İsveç millisinin baş məşqçisi İbrahimoviçin DÇ-2018-də çıxış edəcəyinə dair xəbərləri təkzib edib

Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə İsveç milli komandasının baş məşqçisi Yanne Andersson ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviçin yığmaya qayıdacağı barədə şayiələri təkzib edib.

"Report"un məlumatına görə, 56 yaşlı mütəxəssis İbrahimoviç və digər futbolçuların 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra yığmada oynamaq istəmədiklərini söyləyib. Andersson millidən imtina etmiş futbolçuların Rusiyada təşkil olunacaq dünya çempionatına aparılmayacaqlarını açıqlayıb: "Onların qərarlarına hörmət edirəm. Amma mən mətbuatda yazılanları və Zlatanın fikirlərini ciddi qarşılamıram. Yalnız onunla öz aramızdakı söhbətə əsaslana bilərəm. Onunla danışdım və nə istədiyini mənə izah etdi. Mən də bununla razılaşdım. İbrahimoviç dünya çempionatı ilə bağlı mənimlə əlaqə saxlamayıb. O, yığmanın mundialla bağlı planlarına daxil deyil. Bu həmçinin əvvəllər komandadan imtina edən digər futbolçulara da aiddir".

Qeyd edək ki, İsveç milli komandası DÇ-2018-də Almaniya, Cənubi Koreya və Meksika ilə birgə F qrupunda mübarizə aparacaq.  

Son xəbərlər

Orphus sistemi