İranda qadınların stadionda futbola baxmasına icazə verilib

İranda qadınların stadionda futbola baxmasına icazə verilib Bu, 1979-cu ildən bu yana ilk dəfə yaşanıb
Futbol
21 İyun , 2018 06:57
İranda qadınların stadionda futbola baxmasına icazə verilib

Bakı. 21 iyun. REPORT.AZ/ İran hökuməti qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağanı aradan götürüb.

“Report” xəbər verir ki, qadınlar 1979-cu ildən bu yana ilk dəfə olaraq qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.

Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Lakin bu asanlıqla olmayıb. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.

Son xəbərlər

Orphus sistemi