İran millisinin futbolçusu 23 yaşında karyerasını başa vurub

İran millisinin futbolçusu 23 yaşında karyerasını başa vurub "Bəlkə də, bu, həyatımdakı ən çətin qərardır"
Futbol
28 İyun , 2018 12:17
İran millisinin futbolçusu 23 yaşında karyerasını başa vurub
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Rusiyanın "Rubin" klubunun futbolçusu Sərdar Azmun İran milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. 

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu şəxsi bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edib. 

Azmun ölkəsinin millisində oynamağın özü üçün şərəf olduğunu vurğulayıb: "Təəssüf ki, yığma ilə vidalaşmağa qərar verdim. Bəlkə də, bu, həyatımdakı ən çətin qərardır, çünki gənc oyunçuların milliyə düşmələri çətindir". 

Qeyd edək ki, İran millisi DÇ-2018-in qrup mərhələsinin B qrupunda 4 xal toplayıb və 1/8 finala vəsiqə qazana bilməyib. 

Son xəbərlər

Orphus sistemi