Yuxarı
    Bağlamaq

    İran futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanıb - VİDEO

    Bu, Özbəkistan üzərində qələbədən sonra mümkün olub

    Bakı. 12 iyun. REPORT.AZ/ Futbol üzrə İran yığması Rusiya və Braziliyanın ardından 2018-ci il dünya çempionatına vəsiqəni təmin edən üçüncü ölkə olub.

    "Report" xəbər verir ki, iranlılar DÇ-2018-ə vəsiqəni Asiya seçmə qrup mərhələsinin 8-ci turunun oyununda Özbəkistan üzərində qələbədən sonra təmin ediblər.

    Görüş Tehranın "Azadi" stadionunda keçirilib və 2:0 hesabı ilə başa çatıb.

    Qolları 23-cü dəqiqədə Sərdar Azmun, 88-ci dəqiqədə isə Mehdi Taremi vurub. Beləliklə, 8 oyundan sonra xallarını 20-yə çatdıran İran millisi üçüncü seçmə mərhələnin sonuna 2 tur qalmış üçüncü pillədəki Özbəkistanı 8 xal üstələyib. Bu komanda qalan oyunlarda Cənubi Koreyanın 7 oyundan 13 xalla yer aldığı 2-ci pillədən aşağı enməyəcək. Reqlamentə əsasən, mundiala məhz ilk 2 pilləni tutanlar vəsiqə qazanırlar.

    İran millisi tarixində 5-ci dəfə mundiala qatılacaq. Əvvəllər qonşu ölkə yığması 1978, 1998, 2006 və 2014-cü il dünya çempionatlarında çıxış edib.

    Qeyd edək ki, dünya çempionatı gələn ilin 14 iyun - 15 iyul aralığında Rusiyanın Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni-Novqorod, Samara, Saransk, Rostov-Don, Soçi və Yekaterinburq şəhərlərində təşkil olunacaq.

    DÇ-2018 – Asiya. "A" qrupu. 8-ci tur

    İran – Özbəkistan - 2:0

    1:0 – Azmun – 23, 2:0 – Taremi – 88

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi