İngiltərə yığmasının azarkeşi kütləvi toqquşmada iştirak etdiyi üçün həbs cəzası alıb

İngiltərə yığmasının azarkeşi kütləvi toqquşmada iştirak etdiyi üçün həbs cəzası alıb Daha bir fanat isə 5 il müddətinə ictimai yerlərdə futbola baxmaqdan məhrum edilib
Futbol
14 İyun , 2016 18:09
İngiltərə yığmasının azarkeşi kütləvi toqquşmada iştirak etdiyi üçün həbs cəzası alıb

Bakı 14 iyun . REPORT.AZ/ Fransanın Marsel şəhər məhkəməsi İngiltərə yığmasının 6 azarkeşinin həbs olunması barədə qərar çıxarıb. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, fanatlar Avropa çempionatında Rusiya ilə oyundan əvvəl və sonra kütləvi toqquşmalarda iştirak etmələri səbəbindən cəzalandırılıblar.

Onlar asayiş keşikçilərinə şüşə qablar atmaqda günahlandırılırlar. Azarkeşlər bir aydan üç ayadək azadlıqdan məhrum ediliblər. Onların iki il ərzində Fransaya daxil olmalarına qadağa qoyulub.

Daha bir azarkeş isə istənilən ictimai yerdə beş il ərzində futbola baxmaqdan məhrum edilib. "Sky News" yazır ki, "Birmingem Siti" klubunun da tərəfdarı olan 24 yaşlı şəxs saxlanılaraq, vətəninə deportasiya olunub.

Qeyd edək ki, UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib, Rusiya yığmasını isə şərti diskvalifikasiyaya məruz qoyub.

Son xəbərlər

Orphus sistemi