Gəncədə gənc oğlan saunada döyülərək bıçaqlanıb

Gəncədə gənc oğlan saunada döyülərək bıçaqlanıb Hadisə bir qrup şəxs tərəfindən törədilib
Hadisə
5 İyun , 2017 00:57
Gəncədə gənc oğlan saunada döyülərək bıçaqlanıb

Gəncə. 5 iyun. REPORT.AZ/ Gəncə şəhərində gecə saatlarında bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, insident şəhərin Məhsəti Gəncəvi qəsəbəsində, Aeroport yolunun kənarında yerləşən saunaların birində baş verib.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu ilə bir qrup şəxs arasında mübahisə düşüb. Nəticədə o, başından zərbə alıb və bıçaqlanıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyat edilən şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mübahisənin səbəbi və bıçaqlayan şəxsin kimliyi hələlik bilinmir.

Son xəbərlər

Orphus sistemi