Gədəbəydə piyadanı avtomobil vurub

Gədəbəydə piyadanı avtomobil vurub Hadisə rayonun Qoşabulaq kəndində baş verib
Futbol
8 May , 2017 23:45
Gədəbəydə piyadanı avtomobil vurub
Report.az

Gədəbəy. 8 may. REPORT.AZ/ Axşam saatlarında Gədəbəy rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qoşabulaq kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Rəcəbov Mərdan Əhliman oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı yaxınları tərəfindən öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılıb daha sonra isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına köçürülən yaralıya həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi