Futbol üzrə DÇ-2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək

Futbol üzrə DÇ-2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək Siyahının açıqlanacağı dəqiq tarix yoxdur
Futbol
29 Oktyabr , 2017 09:59
Futbol üzrə DÇ-2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı - 2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək.

“Report” xəbər verir ki, bunu TASS-a FİFA-nın Hakimlər Departamentinin başçısı Massimo Buzakka deyib.

"Siyahının açıqlanacağı dəqiq tarix, hələ ki, yoxdur, lakin bu, tezliklə baş verməlidir. Düşünürəm ki, biz bunu cari ilin sonunadək müəyyən edəcəyik. Bizi çox iş gözləyir, yarım ilimizi turnirə hazırlığa həsr edəcəyik", - deyə o bildirib.

Çempionatın oyunları 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi