Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının yeni kapitanı müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə yığmanın hazırkı kapitanı Rəşad Sadıqov 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığması ilə oyundan əvvəl mətbuat konfransında məlumat verib.
O deyib ki, Çexiya ilə görüşdən sonra yığma karyerasını bitirdiyi üçün bundan sonra sarğını Rahid Əmirquliyev daşıyacaq.
FOTO: Firi Salim