Yuxarı
    Bağlamaq

    Futbol üzrə 2018-ci il dünya çempionatının bütün iştirakçıları məlum olub

    Mundiala son vəsiqəni Peru yığması qazanıb

    Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatında iştirak etmək hüququ qazanan 32-ci ölkənin də adı məlum olub.

    “Report” xəbər verir ki, mundiala vəsiqə qazanan sonuncu komanda evdə Yeni Zelandiyaya 2:0 hesabı ilə qalib gələn Peru millisi olub.

    Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:

    A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.

    B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay.

    C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran.

    D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

    Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi