Yuxarı
    Bağlamaq

    Fransada İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasındakı davanın görüntüləri yayılıb - VİDEO

    İki ingilis azarkeş saxlanılıb

    Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ilk turu çərçivəsində üz-üzə gələcək İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasında Fransanın Marsel şəhərində baş vermiş davanın görüntüləri yayılıb. "Report"un Daily Mail"ə istinadən verdiyi məlumata görə, toqquşma ötən gün axşam saatlarında şəhər pablarından birində baş verib.

    İnsidentdə 200 azarkeş, o cümlədən, fransalı fanatlar da iştirak edib. Polis gözyaşardıcı qazdan istifadə edib. İki ingilis azarkeş saxlanılıb. 

    Qeyd edək ki, "Velodrom" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi