Fransa yığmasının dünya çempionu olmasına görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib

Fransa yığmasının dünya çempionu olmasına görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib Bakı. 16 iyul. REPORT.AZ/ Fransa millisinin ikiqat dünya çempionu olması şərəfinə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib.
Futbol
16 İyul , 2018 14:34
Fransa yığmasının dünya çempionu olmasına görə Parisdə 6 metro stansiyasının adı dəyişdirilib

Bakı. 16 iyul. REPORT.AZ/ Fransa millisinin ikiqat dünya çempionu olması şərəfinə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib. 

"Report" Paris Şəhər Nəqliyyatı İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki stansiya Fransa yığmasının baş məşqçisi Didye Deşamın şərəfinə adlandırılıb. Bunlar "Clemenceau Notre Didier Deschamps" və "Deschamps Elysees"dir. 

Bir stansiya komandanın qapıçısı Uqo Lyorisin  şərəfinə "Victor Hugo Lloris" adlanacaq. Daha bir stansiya komandanın formasına ikinci ulduzun əlavə olunmasına görə dəyişdirilərək, "On a 2 Etoiles" adlandırılıb. Nəhayət, komandaya dünya çempionu olması qarşılığında təşəkkür əlaməti olaraq, "Bercy les Bleus" adlı stansiya peyda olub. 

Qeyd edək ki, Fransa millisi Rusiyadakı dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi