FİFA dünya çempionatında yığma komandaların iştirakçı siyahısı ilə bağlı yenilik edib

FİFA dünya çempionatında yığma komandaların iştirakçı siyahısı ilə bağlı yenilik edib Bu düzəlişlər martın 16-da FİFA Şurasının iclasında təsdiqlənməlidir
Futbol
9 Fevral , 2018 10:07
FİFA dünya çempionatında yığma komandaların iştirakçı siyahısı ilə bağlı yenilik edib

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında yığma komandaların ilkin iştirak ərizələrindəki oyunçu sayı artırılıb. 

"Report"un məlumatına görə, bu barədə DÇ-2018-in Təşkilat Komitəsi qərar qəbul edib.

FİFA mətbuat xidmətinin yaydığı press-relizdə deyilir: "Yığma məşqçilərinin istəklərini nəzərə alan Təşkilat Komitəsi geniş iştirak ərizəsinə salınacaq oyunçuların sayının 30-dan 35-ə artırılmasına razılıq verib. Bundan başqa, FİFA milli federasiyanın razılığı ilə geniş heyəti açıqlaya bilər. Bu düzəlişlər martın 16-da FİFA Şurasının iclasında təsdiqlənməlidir".

DÇ-2018-də yığmaların ilkin iştirakçı siyahısı FİFA-ya mayın 14-dək, 23 oyunçudan ibarət yekun ərizə isə iyunun 4-dək təqdim olunmalıdır.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi