FİFA dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb

FİFA dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb İlk 10-luqdakı ölkələr məlumdur
Futbol
3 Aprel , 2018 16:52
FİFA dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb

Bakı. 3 aprel. REPORT.AZ/ FİFA 2018-ci il dünya çempionatı üçün satılan biletlərin sayını açıqlayıb.

"Report"un məlumatına görə, 13 martdan bu vaxta qədər 394 min 433 bilet satılıb. Ümumilikdə, 1.7 milyon bilet azarkeşlər tərəfindən əldə olunub. Ən çox bileti Rusiya vətəndaşları alıb - 216 min 134.

ABŞ fanatları 16 462, Argentina 15 006, Kolumbiya 14 755, Meksika - 14 372, Braziliya - 9 962, Peru - 9766, Çin - 6 598, Almaniya - 5 974, Avstraliya - 5 905, hindistanlılar isə 4 509 bilet əldə edib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi