Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO

Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO Bakı. 25 may. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.
Futbol
25 May , 2018 12:55
Dünya çempionatının rəsmi mahnısı təqdim olunub - VİDEO

Bakı. 25 may. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.

"Report"un məlumatına görə, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edirlər.

Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl "Lujniki" stadionunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.   

Son xəbərlər

Orphus sistemi