Dünya çempionatının oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verilib

Dünya çempionatının oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verilib Görüşlər zamanı onları xüsusi müşahidəçilər dəstəkləyəcək
Futbol
14 Aprel , 2018 13:28
Dünya çempionatının oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verilib

Bakı. 14 aprel. REPORT.AZ/ FİFA Rusiyada keçiriləcək dünya çempionatının hakimləri irqçilik hallarının üzə çıxarılması istiqamətində təlimatlandırılacaq.

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, ədalət təmsilçilərinə oyunu dayandırma və ya təxirə salma səlahiyyəti veriləcək.

Görüşlər zamanı hakimləri xüsusi müşahidəçilər dəstəkləyəcək. Onlar istənilən ayrıseçkiliyə diqqət yetirəcəklər. Müşahidəçilər işə iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış oyunundan başlayacaqlar.

Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi