Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib

Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.
Futbol
19 İyun , 2018 17:13
Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.

"Report"un məlumatına görə, Yaponiya ilə H qrupunun oyununda sloveniyalı baş hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi meydandan qovub.

Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Sançes özlərinə məxsus cərimə meydançasında topun qarşısını əllə kəsib. Bu səbəbdən, Skomina ona "qırmızı" vərəqə göstərib və Yaponiyanın lehinə penalti təyin edib. Sindzi Kaqava bu imkandan yararlanmağı bacarıb.

Lakin Kolumbiya yığması azlıqda olduğu halda, bərabərlik qolunu vurub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən fərqlənib - 1:1.

Son xəbərlər

Orphus sistemi