DÇ-2018: Xorvatiya Nigeriyanı avtoqol və penalti ilə məğlub edib

DÇ-2018: Xorvatiya Nigeriyanı avtoqol və penalti ilə məğlub edib Bakı. 17 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında günün son oyunu keçirilib.
Futbol
17 İyun , 2018 00:57
DÇ-2018: Xorvatiya Nigeriyanı avtoqol və penalti ilə məğlub edib

Bakı. 17 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında günün son oyunu keçirilib.

"Report"un məlumatına görə, Kalininqradda Xorvatiya və Nigeriya yığmaları üz-üzə gəlib. 

D qrupunun qarşılaşması Xorvatiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə nigeriyalı futbolçu Ogenekaro Etebo topu öz qapısına göndərib. 71-ci dəqiqədə isə Luka Modriç penaltini dəqiq yerinə yetirib.

Qrupun digər oyununda Argentina İslandiya ilə 1:1 hesablı heç-heçə edib.

Bununla da Xorvatiya 3 xalla qrup liderliyini ələ alıb. Argentina və İslandiya hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan Nigeriya isə sonuncudur. 

Son xəbərlər

Orphus sistemi