DÇ-2018: Seneqal Yaponiya ilə heç-heçə edib

DÇ-2018: Seneqal Yaponiya ilə heç-heçə edib Bakı. 24 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun daha bir oyunu keçirilib.
Futbol
24 İyun , 2018 20:56
DÇ-2018: Seneqal Yaponiya ilə heç-heçə edib

Bakı. 24 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun daha bir oyunu keçirilib.

"Report"uın məlumatına görə, H qrupunda yer alan Yaponiya və Seneqal yığmaları üz-üzə gəlib.

Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Afrikalılar hesabda 2 dəfə önə keçsələr də, qələbə qazana bilməyiblər. 11-ci dəqiqədə Sadiqo Manenin qoluna 34-cü dəqiqədə Takaşi İnui, 71-ci dəqiqədə Mussa Vaquenin dəqiq zərbəsinə isə 78-ci dəqiqədə Keysuke Honda cavab verib.

Bununla hər iki komanda 4 xalla qrupda liderliyini davam etdirib. II turun son görüşü hələ xalı olmayan Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

DÇ-2018, II tur, H qrupu

24 iyun

19:00. Yaponiya - Seneqal - 2:2

Qollar: Takaşi İnui, 34. Keysuke Honda, 78 - Sadio Mane, 11. Mussa Vaque, 71

Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Abdulrahman əl-Cassim, Taleb əl-Marri (hər ikisi Qətər)

Yekaterinburq, "Yekaterinburq Arena"

22:00. Polşa - Kolumbiya

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

Son xəbərlər

Orphus sistemi