DÇ-2018: Portuqaliya xallarını, Ronaldu qollarını 4-ə çatdırıb - VİDEO

DÇ-2018: Portuqaliya xallarını, Ronaldu qollarını 4-ə çatdırıb - VİDEO Mərakeş mübarizəni dayandıran ilk komanda olub
Futbol
20 İyun , 2018 17:53
DÇ-2018: Portuqaliya xallarını, Ronaldu qollarını 4-ə çatdırıb - VİDEO
fifa.com

Bakı. 20 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunun ikinci turuna start verilib.

"Report"un məlumatına görə, Moskvadakı "Lujniki" stadionunda Portuqaliya yığması Mərakeşlə üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Kriştianu Ronaldu vurub. Portuqaliya bu nəticədən sonra xallarının sayını, Ronaldu isə qollarını 4-ə çatdırıb. O, həm də FİFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib. 

Xalı olmayan Mərakeş isə növbəti mərhələ şanlarını itirib. 

Qeyd edək ki, qrupun digər oyununda İspaniya və İran yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi