DÇ-2018-in hazırlıq xərcləri artırılıb

DÇ-2018-in hazırlıq xərcləri artırılıb Turnirin büdcəsinə 323 813 515 dollar əlavə olunub
Futbol
6 Fevral , 2017 20:32
DÇ-2018-in hazırlıq xərcləri artırılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb.

"Report"un məlumatına görə, turnirin büdcəsinə 19,1 milyard rubl (323 813 515 dollar) əlavə olunub.

Rusiya Federasiyasının hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 mlrd. 670,5 mln-dan 638 mlrd. 842,6 mln rubla qədər artıb.

Qeyd edək ki, DÇ-2018-in oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi