DÇ-2018: İran 95-ci dəqiqədə vurulan qolla Mərakeşi məğlub edib

DÇ-2018: İran 95-ci dəqiqədə vurulan qolla Mərakeşi məğlub edib Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə Mərakeş yığması Dünya çempionatı- 2018-in B qrupunun birinci oyununda İrana məğlub olub.
Futbol
15 İyun , 2018 21:05
DÇ-2018: İran 95-ci dəqiqədə vurulan qolla Mərakeşi məğlub edib

Bakı. 15 iyun. REPORT.AZ/ Futbol üzrə Mərakeş yığması Dünya çempionatı- 2018-in "B" qrupunun birinci oyununda İrana məğlub olub.

“Report” xəbər verir ki, Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.

İran komandasına qələbəni rəqibin oyuna sonradan daxil olan futbolçusu Əziz Buhadduzun 95-ci dəqiqədə vurduğu avtoqol gətirib.

İran yığması ikinci turda İspaniya, Mərakeş isə Portuqaliya millisi ilə qarşılaşacaq. Hər iki matç iyunun 20-də keçiriləcək.

DÇ-2018 – final mərhələsi. B qrupu. 1-ci tur

Mərakeş – İran - 0:1

0:1 – Buhadduz – 90+5 (avtoqol)

Son xəbərlər

Orphus sistemi