DÇ-2018: G qrupunun ilk turuna yekun vurulub

DÇ-2018: G qrupunun ilk turuna yekun vurulub Bakı. 18 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun ilk turuna yekun vurulub.
Futbol
18 İyun , 2018 23:57
DÇ-2018: G qrupunun ilk turuna yekun vurulub

Bakı. 18 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun ilk turuna yekun vurulub.

"Report"un məlumatına görə, qrupda növbəti oyun Volqoqraddakı eyniadlı arenada Tunis və İngiltərə yığmaları arasında keçirilib. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı artıq 11-ci dəqiqədə Harri Keyn açıb. Lakin 35-ci dəiqə Ferjani Sassi penaltidən dəqiq yararlanıb. İngiltərə millisi qələbə topunu uzatma dəqiqəsində vurmağa müvəffəq olub. Yenə Keyn fərqlənərək, komandasına vacib 3 xal qazandırıb.

Qeyd edək ki, G qrupunun ilk oyununda Belçika Panamanı darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Belçika və İngiltərə hərəyə 3 xalla ilk 2, xalı olmayan Tunis və Panama isə son 2 pillədə qərarlaşıb.

DÇ-2018

18 iyun

G qrupu

19:00. Belçika - Panama - 3:0

Qollar: Dris Mertens, 47. Romelu Lukaku, 69; 75

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)

Soçi, "Fişt" stadionu

22:00. Tunis - İngiltərə - 1:2

Qollar: Ferjani Sassi, 35 (pen.) - Harri Keyn, 11; 90+1

Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ)

Volqoqrad, "Volqoqrad Arena" 

Son xəbərlər

Orphus sistemi